KepezTV Player
Azərbaycan Xalq cümhuriyyətinin 100 illiyi ərəfəsində Gəncədə həmin dövrə aid 4 kitabın təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən hazırlanan nəşrlər şərqin ilk demokratik respublikasının Gəncə dövrünü əhatə edir. “Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə”, “Azərbaycan Xalq Cumhuriyyəti haqqında Dövlət Qərarları”, “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan Dövlət Xadimləri” və “Azərbaycan Xalq Cumhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı kitablar yerli tarixçilər tərəfindən hazırlanıb. Təqdimatda cümhuriyyətin Gəncə dövrünün əsaslı şəkildə araşdırılaraq nəşrlərdə təqdim edildiyinə diqqət çəkilib.
- Baxış: 926