• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 23.05.2018 14:53

Avropa İttifaqının Azərbaycan Deleqasiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyyəti Gəncədə olub

KepezTV Player

Avropa İttifaqın Gəncədə əsas diqqəti kənd təsərrüfatı, turizm və peşə təhsili sahələrinə yönəldəcək. Qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasın başçılıq etdiyi nümayəndə heyyəti ilə şəhər rəhbərliyinin görüşündə peşə Kompetensiya Mərkəzi məzunlarının maraqlarının qorunması və əmək bazarında işlə təmin olunması, sahibkarlarla mütəmadi əlaqənin qurulması, xarici dövlətlərin təcrübəsinin öyrənilməsi üçün ezam ediləcək şəxslərin düzgün seçilməsi və gənc kadrlara üstünlük verilməsi kimi məsələlərə toxunulub. Görüşdə həmçinin gəclər, idman, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın prespektivləri ətrafında fikir mübadiləsi aparılıb. İcra başçısı Elmar Vəliyev iqtisadiyyatının əsasını sənayə və tikinti təşkil edən Gəncədə turizmin inkişafından, şəhərin mədəni həyatındakı uğurlar barədə ətraflı məlumat verib.

Kestutis Jankauskas - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri: Tarixi şəhər olan Gəncəyə səfər etməkdən olduqca məmnunam. Avropa İttifaqı və Azərbaycan arasında bir sıra əməkdaşlıq layihələri həyata keçirilib. Bu gün kənd təsərrüaftı və turizim, onların əlaqələndirilməsi üzrə işlər diqqət mərkəzindədir. Avropanın qabaqcıl təcrübələrinin bu regiona gətirilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən yaxşı əlaqələr mövcuddur. Men yerli hakimiyyət orqanlarına bu əməkdaşlıq layihələlərini dəstəklədiklərinə görə təşəkkür edirəm.

Vasilis Maragos - Avropa İttifaqının Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri: Mədəniyyət insanları birləşdirə, bir araya gətirə bilər. Yeni imkanlar yarada bilər. Bu səbəbdən də Gəncə və Gəncə kimi imkanları böyük olan digər regionlarla, şəhərlərlə işləməyi planlaşdırırıq. Bu layihə çərçivəsində insanları bir araya gətirərək, onların bir-birilərini daha yaxşı anlamasını, iqtisadiyyatın inkişafı və əməkdaşlığın qurulmasını hədəfləyirik.

Görüşdən sonra qonaqlar “Yerli və regional inkişaf: Gəncə-Qazax iqtisadi zonasında şərab turu” çərçivəsində Gəncədəki Şərab zavodlarında olublar. Üzüm sahələri, istehsal imkanları, istifadə edilən avadanlıqlar, ixrac imkanları barədə məlumat toplanılıb. Sabah Gəncədə Avropa İttifaqının dəstəyi ilə reallaşan “Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsinin təqdimatı da keçiriləcək.

 

Elnur Vahidoğlu