• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 23.05.2018 13:26

Narkotikin qanunsuz dövriyyəsinə görə iki nəfər saxlanıldı

KepezTV Player

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nərimankənd kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər və görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi Sahil Əhmədov da saxlanılıb və ondan da marixuana götürülüb. Onun narkotik bitkilərin kultivasiyası ilə məşğul olduğu da məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar edilib. Faktla bağlı araşdırma aparılır.