Aiways adlı Çin markası U5 Ion krossoverini nümayiş elətdirib. Gumpert Apollo superkarının yaradıcısı Roland Qumpertin də əməyi sayəsində ortaya çıxan maşın brendin yeni zavodundan konveyerə çıxacaq ilk model olacaq. Satışlar 2019-cu ildən başlayacaq. Elektriklə işləyən Aiways U5 Ion krossoverinin hazırlandığı platformada daha 15 modelin də əsası qoyulacaq. Kuzovunun alüminiumdan düzəldiyi məlum olduğu halda güc sistemi naməlumdur. Deyilənə görə, o 53, 63 və ya 80 kilovatt-saat həcmli batareyalarla təklif olunacaq, gediş ehtiyatı isə 365-460 kilometr arasında dəyişir. Aiways U5 Ion təchizatına işıq diodlu optika, sensor ekranlı multimedia sistemi, virtual alətlər paneli, yarımavtonom idarəetmə və 21 düymlük disklər daxildir. Özəlliklərdən nazik oturacaqlar, süzülən formalı mərkəzi konsol və tuneli qeyd etmək olar.
- Baxış: 594