Bir neçə gündən sonra başlayacaq taxıl biçini kampaniyası zamanı ölkənin qərb rayonlarında kombayn və texnika sarıdan heç bir problem yaşanmayacaq. 8 rayona xidmət göstərən Aqrolizinq ASC-nın Şəmkir Regional Nümayəndəliyi bölgədə 30 min hektarda biçin aparmağı planlaşdırır. Bu da qərb regionunda əkib becərilən sahələrin 35-40%-ni təşkil edir. Bu məqsədlə qurumun 45 kombaynı və müxtəlif təyinatlı texnikaları saz vəziyyətə gətirilib. Hazırda fermer təsərrüfatlarından biçin üçün sifarişlərin qəbulu aparılır. Bu il qərb bölgəsində zəmilərdə məhsuldarlıq hər hektar üçün 35-40 sentner göslənilir.
Azər Əliyev Aqrolizinq ASC-nın Şəmkir Regional nümayəndəliyinin direktoru:“ Kombayınlarımızın 90% tam sazlanıb və biçin başlayana qədər işlərimiz tam yekunlaşdırılacaqdır. Biçin kompaniyasına ilkin olaraq aran rayonlarımızıdan start veriləcəkdir. Əsasən Kürdəmir, Sabirabad, Ağcabədi rayonarında biçinə bizimtexnikalarımız kömək edəckdir. Bizim qərb bölgəsində biçin adətən 10-15 gün arana nisbətən gec başlayır. Ona görədə aranda işlərimizi yekunlaşdırıb öz bölgəmizdə biçin həayata keçirəcəyik”.
- Baxış: 2211