Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib. 64 yaşlı Mahirə İsgəndərova və 31 yaşlı Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər.Mahirə İsgəndərovanın oğlu evə qayıdarkən qadınları qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.
Məlum olub ki, Günay İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb.Onun əri Ramin İsmayılov isə həmin evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən qaynanasını da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb. Hadisəni törədən şəxs evdən çıxaraq məsuliyyətdən yayınmaq üçün naməlum istiqamətdə qaçıb. Daha sonra isə polisə təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, eyni zamanda iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
- Baxış: 1399