Cəlilabad Rayon Polis Şöbəsinə mayın 19-na keçən gecə Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən 17 ədəd videoqəbuledici, 2 ədəd skaner aparatı, 1 ədəd elektrik tənzimləyicisi və dəftərxana ləvazimatlarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib. Görülmüş tədbirlərlə saxlanılan şəxsin Göytəpə şəhər sakini Məhəmməd Nurullayev olduğu müəyyən edilib. Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il mayın 28-də rayon ərazisindəki evlərin birindən 190 manat və 3500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub. Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 1527