![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/ford.png?itok=c0eSWztW)
Ford Performance-ın idman bölməsi Formula Drift yarışlarının 2018-ci il mövsümü üçün yeni maşınlarını təqdim edib. Özəl sportkarlar 3 təkərdə drift ediblər. Ford Mustangın RTR versiyasında ərsəyə gələn avtomobillər at gücü 900-dən çox olan motorlarla təchiz olunub. Bu versiya kupenin özəl modifikasiyasıdır və amerikalı drifter Von Qittinlə birgə hazırlanıb. Ən güclü versiya olan Spec 3-də Ford Performance sportkarının kompressorları, yeni aralıq soyutma sistemi, düzəliş edilmiş yanacaq sistemi və eqzoz borusu gözə dəyir. Dəyişikliklərdən sonra 5 litrlik motorun at gücü təxminən 700-ə çatdırılıb.
- Baxış: 601