• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 18.05.2018 13:13

Qısqanclıq yenə can aldı: kişi arvadının qatili oldu

KepezTV Player

Sumqayıtda qətl törədilib. Şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakini 46 yaşlı Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 37 yaşlı Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb. Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal cinayət baş verən ünvana baxış keçirilib. İstintaq üçün zəruri olan dəlillər götürülüb, meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və potoloji anotomiya birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib. Cinayəti törətməkdə şübhəli bilinən Rəfail Feyziyev saxlanılıb. Faktla bağlı cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.