Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Samuxda bu rayonla yanaşı Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin, eləcə də Goranboy, Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların müraciətləri əsasən Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb. Qəbulda ümumilikdə 40 vətəndaş iştirak edib.
Natiq Hüseyn
- Baxış: 1919