• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 14.05.2018 11:02

Volvonı iki yerə böldülər və “donutmobil”ə çevirdilər

Hoonigan komandası Volvo V60 universalını dəlisov “donutmobil”ə çevirib. Bunun üçün onlar maşının arxa hissəsini kəsib həmin yerə mağaza arabasının təkərləri olan çərçivə bərkidiblər. Bundan başqa yarımçıq avtomobilə orijinal ling quraşdırıb, akkumlyatorun və yanacaq nasosun yerini dəyişib yeni kompakt çən yerləşdiriblər. Hoonigan komandası daha çox 6.7 litrlik 8 silindrli 845 at güclü tam ötürücülü Ford Mustang əl işi ilə tanınır.