Səhiyyə Nazirliyinin yüksək ixtisaslı həkim birqadası bu dəfə Göygöldə vətəndaşların səhhətini yoxlayıb. Kardioloq, nevropatoloq, oftolmoloq, endokrinoloq və cərrahlardan ibarət mütəxəsislər Göygöllə yanaşı ətraf rayonlardan olan sakinlərə profilaktik tibbi baxış keçirib. Gün ərzində 200-dən artıq posientin müayinəsi daha ürək-damar və endokrinoloji xəstəliklərin üstünlük təşkil etdiyini üzə çıxarıb. Ümumilikdə bu il Göygöldə əhalinin icbari dispanserizasiyası rayonun 45 yaşayış məntəqəsini əhatə edib və əhalinin 80 faizi aksiyada iştirak edib. Nəticədə 10 min nəfər ambulator, 380 sakin isə stasionar müalicəyə cəlb olunub, 80 nəfər əməliyyat edilib. 39 xəsətəyə paytaxtın ixtisaslaşmış xəstəxanalarına göndəriş verilib.
Tahirə Aşurova rayon sakini: Mən 17 ildir şəkər xəstəsiyəm. Tez-tez müayinəyə gəlirəm. Eşitdib bu gün burada Bakıdan gələn həkimlər qəbul keçirəcək, məndə əvvəlcədən növbə götürüb gəldim. Çox sağ olsunlar hər tərəfli müayinə etdilər, müalicə yazdılar.
Telman Rzayev rayon sakini: Mən uzun müddət his etməmişəm ki, məntə qan təziqi xəstəliyi var. Gəldim müayinə etdilər məlum oldu ki, təziqim var. Sağ olsun həkimlər müalicə yazdılar indi dərmanlarımı alıb müalicəmə başlayacam.
Təvəkkül Yusifov kardioloq: Xəstələrin təşkili çox yüksək səviyyədə keçir. Ətraf kəndlərdən eləcədə qonşu rayonlardan gələn xəstələrin sayı çoxdur. Gün ərzində demək olar ki, hər bir mütəxəsis 30 çox xəstəni müayinə edir. Bunlar içərisində olan ağır xəstələrə ilkin yardım kimi yerində tövsiyələr veririk. Növbəti müayinə üçün Bakı şəhərinə dəvət edirik.
- Baxış: 1749