Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.05.2018 14:22
Gədəbəydə baş verən qəzada 4 nəfər yaralandı
Gədəbəyin Əyləvəng kəndində hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Əyləvəng kənd sakini, 49 yaşlı Zeynal Həsənovun vəziyyəti ağır, 52 yaşlı Tofiq İsmayılovun vəziyyəti isə orta-ağırdır. Xəsarət alan digər qadın və kişi sərnişinin vəziyyəti normal qiymətləndirilir. Onlar yaxın qohumlarının yas mərasiminə gedərkən qəzaya düşüblər.
- Baxış: 827
