Amerikalılar dünyada ən yaxşı istənilən yol şəraitində hərəkət edən nəqliyyat vasitəsini seçiblər. Bu, qar və bataqlıqdan keçə bilən Şerp adlı maşındır. Yolsuzluq avtomobili 63 düymlük iri təkərləri ilə dərin palçıqlı yollardan keçməyə çalışıb və ancaq kanat vasitəsilə oradan çıxıb. Kamerası aşağı təzyiqli xüsusi çəkmə sisteminə malik Şerp “pnevma dolaşan” asma ilə də təmin olunub. Bütün şinlər öz aralarında hava kanalları ilə əlaqəlidir. Çətin yollardan keçməyi bacaran maşın 1,5 litrlik Kubota yapon dizel motoru ilə təchiz olunur. At gücü 44-ə bərabərdir. Transmissiya 5 pilləli mexanikidir. Yerdə maksimal sürət 45km/saat, suda isə 6 km/saatdır. 600 millimetr klirensli Şerp hətta beton maneələri dəf edir.
- Baxış: 619