![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/yaris_8.jpg?itok=Ar-9l1RA)
Aşağı yaşlı futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan birinciliyində ¼ final mərhələsinə yekun vurulub. Bu mərhələdə Gəncəni 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin və “Kəpəz”in komandaları təmsil edir. 10 və 14 yaşlıların yarışında futbol klubunun təmsilçiləri cavab oyunlarına doğma meydanda çıxıb. Hər iki komanda “Keşlə”nin müvafiq yaş qrupları üzrə kollektivləri ilə qarşılaşıb. 10 yaşlı futbolçulardan ibarət komanda Bakıda olduğu kimi evdə də uduzub. 14 yaşlıların komandası isə paytaxtdan olan rəqibi ilə Gəncədə 1:1 hesablı heç-heçə edib. Səfərdə məğlub olan “sarı-göylər” 10 yaşlılar kimi iki oyunun nəticəsinə əsasən, mübarizəni dayandırmalı olublar. Qeyd edək ki, hər iki komanda Qərb-Gəncə regionu üzrə yarışları lider başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanmışdı.
Azad Rəfi
- Baxış: 745