Dünyada ərazisinə görə ən böyük pakrlardan biri Gəncədədir. Şəhər sakinləri və qonaqların ən sevimli məkanıdır bu park. Buranı ölkəmiz üçün özəl edən tək onun ərazisi deyil, funksionallığı və təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyularkən əkdiyi şah çinarlardır.
Böyüklüyünə və sxematik quruluşuna görə, dünyada 3-cü park sayılan Heydər Əliyev park kompleksinin təməli məhz ulu öndərin 1980-ci ildə Gəncəyə səfəri zamanı bu yerdə 2 çinar ağacının əkilməsindən sonra qoyulub.
Mobil İmanov şəhər sakini: Səfər çərçivəsində bu parka gəldi və bu pöastamentin yanında əvvəlcə istədilər ki, üzüm tənəyi əksinlər. Ulu öndər dedi ki, Gəncənin rəmzi çinardı ona görədə çinar ağacı əkmək lazımdır. Ağacı əkəndən sonra dedi ki, nə etmək lazımdır dibini tapdamaq daha sonra sulamaq lazımdır. Bu proseslər bizim gözümüzün qarşısında baş veribdir. Ulu öndər Heydər Əliyev çox uzaqgörən insan idi. Bu parkın əvvəl adı Xatirə parkı idi, elə xatirə kimi də ürəklərdə yaşadı. Bu gündə parkda yaradılan şərait onun əziz xatirəsini yaşadılması üçündür.
Şəhərin Quru Qobu ərazindən salınan park elə Sovet dönəmindən əhalinin sevimli istirahət məkanı olub. 2014-cü ildə əsaslı formada yenidən qurulan və sahəsi 450 hektar olan Heydər Əliyev park kompleksində ulu öndərin adını daşıyan muzey, zəfər tağı, amfiteatr, süni göl, gənclər mərkəzi, müasir incəsənət muzeyi, uşaqlar üçün əylənkə kompleksi gəncəlilərin və şəhərin qonaqlarının ixtiyarındadır.
Fuad Əliyev akademik:İlk dəfə respublikamızda Madrid klubunun üzvüləri ulu öndərin 90 illik yubleyində iştiak etdilər. Onun parkdakı abidəsini ziyarət etdilər, Heydər Əliyev mərkəzi və zəfər tağı ilə tanış odular. Buda dünya alimlərini, ziyalılarının ulu öndərimizə verdiyi dəyərdir. Bununda başlanğıcından biridə ulu öndərin adını daşıyan parkla bağlıdır. Nə qədər ki, Gəncə və gəncəlilər var daim ulu öndər var olacaqdır.
Heydər Əliyev park kompleksində coğrafi mühiti nəzərə almaqla yerli landşafta uyğun şəkildə əkilən ağaclar şəhəri həmişəbahar bir məkana çevirib. Park ərazisində ayda bir neçə dəfə olmaqla keçirilən ümumşəhər iməclikləri, ağacəkmə kampaniyaları parkın şəhər sakinləri üçün doğmalığından irəli gəlir.
İlyas Məmmədov Gəncə Şəhər park, xiyaban istismar və mühafizə idarəsinin rəisi: Şəhərmizi dünyanın istənilən yerindən gələn qonaqlar parkn təmizliyindən, ağacqlarını çox olmasından, havasının xoşagəlimli olmasından razılıq edirlər ki, buda parkəmızı fəqləndirən amillərdədndir. İstər rəsmi və ya qeyri rəsmi qonaqlar bu parkdan xoş xatirələrlə ayrılıblar
Çinarlar şəhəri olan Gəncə 38 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin parkda əkdiyi çinarlar kimi ildən-ilə böyüyür və inkişaf edir.
- Baxış: 2006