• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 09.05.2018 14:22

Gəncədə 9 may - faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd olunub

KepezTV Player

Alman faşizmi üzərində əldə olunan qələbənin 73-cü ildönümü günü Gəncədə təntənə yaşanıb. Şəhər ictimaiyyəti ilk azərbaycanlı sovet ittifaqı qəhrəmanı olan həmyerliləri İsrafil Məmmədovun məzarı önünə toplaşaraq 9 mayı bayram edib. Bu təntənədən ən şox müharibə veteranları və müharibədə həlak olanların yaxınlarına pay düşüb. Şəhər rəhbərliyinin müharibə veteranları ilə görüşündə ata-babalarımızın 73 il bundan öncə göstərdikləri sücaəti bu gün müstəqil Azərbaycanın mərd oğullarının cəbhədə nümayiş etdirdiklərinə diqqət çəkilib. İsrafil Məmmədov kimi cəbhəyə yollanan şəhər sakinlərinin qəhrəmanlığının örnək olduğu vurğulanıb. Şəhərdən 11 Böyük Vətən müharibəsi veteranının, 70-dən artıq arxa cəbhə iştirakçılarının qatıldığı tədbir Gəncə Dövlət Dram Teatrının kollektivinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə davam edib.

Tofiq Hüseynov - müharibə veteranı: Bizim Azərbaycan oğulları doğurdanda müharibə illərində böyük mərdlik, cəsarətlə döyüş xidməti göstəriblər. Çox böyük qələbələr qazanırdılar, sovet ittifaqı qəhrəmanı adları alırdılar. O cümlədəndən də bizim Gəncəli həmyerlimiz İsrafil Məmmədovu göstərmək olar. Bütün veteranlar adından, Gəncə şəhər ictimayəti adından bu tədbiri təşkil edən hər kəsə öz minnətdarlığımızı bildiririk.

Yusif Məmmədov - Gəncə Şəhər Veteranlar Təşkilatının sədri: Mən deyərdim ki, SSRİ-nin Azərbaycan respublikasına borcu var. Ona görə ki, Azərbaycan nefti olmasaydı onlar qələbə çala bilməzdi. Mən bunuda xatırladım ki, bizim cəsur, qeyrətli oğullarımızın eləcədə İsrafil Məmmədovun Azərbaycandan ilk dəfə sovet ittifaqı qəhrəmanı adını alması digər respublikalara örnək olmuşdur.