Ötən gün Gəncə Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı təşkil olunub. Ümimmili liderin siyasi fəaliyyəti, həyatını Azərbaycanın müstəqilliyinə, azadlığına həsr etdiyi vurğulanıb. Ardından Türkiyənin Bursa “Bölge” Dövlət Simfonik Orkestrı Gəncə tamaşaçıları qarşısında çıxış edib. Yalçın Adıgözəlovun dirijorluğu ilə Orkestr F.Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “7 gözəl” baletindən “Vals” ifa edib. Bursadan olan Orkestrın müşayəti ilə Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalovanın ifasında “Qara gilə”, Ehtiram Hüseynovun ifasında “Kor ərəbin mahnısı”, “Qarabağ şikəstəsi” alqışlarla qarşılanıb. Azərbaycanın Xalq artisti Samir Cəfərovla Türkiyənin İzmir Opera və Balet Teatrının solisti Levent Gündüzün solo ifa və duetləri isə tamaşaçılarda xüsusi maraq yaradıb. Onlar Jorj Bizenin “Karmen” opearsından, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar ifa ediblər. Son akkordlar isə tamaşaçıların ürəyincə olub.
- Baxış: 2847