Gömrükçülər külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. O, gömrük nəzarəti zonasına daxil olarkən, qanunvericiliklə müəyyən edilən hədlərdən artıq olan malları gömrük nəzarətinə təqdim etməyib, elektron və ya yazılı formada bəyan etməyib.
Sözügedən şəxs malları "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və "qırmızı dəhlizə" yönləndirilib.
Vətəndaşın çamadanına rentgen aparatıyla baxış zamanı 1 cüt ayaqqabının hər tayının uc hissəsində polietilen bükümlər gizlədildiyi müəyyən edilib. Cəmi 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlanıb.<br>Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 377,374 qram olan brilyant qaşlardır.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 857