• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2117
— 07.05.2018 15:08

ADAU-da Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan 2017-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktik konfrans keçirilib. Konfransda Universitetində elmi-tədqiqat işlərinin aqrar sahədə sahibkarlıq subyektlərinin tələblərinə uyğunlaşdırılması, habelə son illərdə universitetdə yaradılan laboratoriyaların, mərkəzlərin, o cümlədən bitki klinikasının, torpaqşünaslıq və aqrokimya laboratoriyasının imkanlarından səmərəli istifadə edilməsi, tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqi və kommersiyalaşdırılması, respublika və beynəlxalq səviyyəli tədqiqat layihələrinin sayının artırılması, sifarişli işlərinin yerinə yetirilməsi, elmi-tədqiqat işlərinin maliyyələşmə mənbələrinin diversifikasiyası, “Aqrar Məsləhət Xidməti”nin fəaliyyətinin və fermerlərlə əlaqələrin daha da genişləndirilməsi, elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məsələlərindən danışılıb. Konfransda dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı xidmətlərindən, onun rəhbərliyi ilə aparılan islahatlardan, kənd təsərrüfatı istehslaçılarına dəstəyindən danışılıb. Bu gün də aqrar sahənin inkişafının sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanıb.