• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 07.05.2018 15:04

Samuxda 10 min sakinin istifadə etdiyi 3 kənd yolu yenilənir

KepezTV Player

Samuxda 3 kəndi birləşdirən yola asfalt döşənir. Uzunluğu 13 km-ə yaxın olan yol 10 min sakinin çətinliklərinin həllinə imkan verəcək.

Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdir. Eləcə də suötürücü borular sıradan çıxmış, çiyinlər yuyulmuşdur. Yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə, eləcə də Gəncə şəhərinə gətirməkdə çətinlik çəkən sakinlər yeni yolun çəkilişinin vaxta da qənaət edəcəyini deyirlər.

Sərxan Kazımov - sakin: Kəndimiz rayon mərkəzindən 35-40 km məsafədə yerləşir. Yollarımız çox narahat idi buda bizə problem yaradırdı. Yol inkşaf, mədəniyyət deməkdir bu gün Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunun işlənərək asfaltlanması 10 min əhali yaşayan bu 3 kəndin inkşafı deməkdir.

Rəhman Mehdiyev - sakin: Yolun yenidən çəkilməsi bizim kənd təsərraftı bazarlara vaxtında aparılması,bazaralara gecikmədən çatdırılması bizim üçün çox yaxşı olacaqdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenilənən yolun hərəkət hissəsinin eni 6 m, yol çiyinləri isə 4 metr təşkil edəcək. Yol yatağında suötürücü borular da bərpa olunub.

Baloğlan Şeydayev - AAYDA-nin mühəndisi: Asfalt işlərinə may ayının 1-dən satrt verilibdir. Hazırda yolun 4-cü kilometirliyindəyik işlərimizi uyğurla gedir. Bu ayın 15-ə qədər asfaltın alt qatını vurub başa çatdırmağı planlaşdırmışıq. Dərhal sonra yolun asfalt örtüyünün 2-ci qatı vurulacaqdır. Ümumilikdə yolun mayı ayının sonu, iyun ayının əvvəlində təhvil verilməsi nəzərdə tutulub.

Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunda işlər tam yekunlaşdırıldıqdan sonra yol nişanlarının qoyulması və xəttlənməsi aparılacaq.

 

Xaliq Qurbanlı