• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 05.05.2018 23:04

Goranboy sakini bıçaqlanıb

Rayonun Dəyirmanlar kənd sakini 49 yaşlı Həsən Allahverdiyev  boğaz nahiyəsinin bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan xəstənin  vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 49 yaşlı kişi mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Xaliq Qurbanlı