Ölkəmizin bir çox aparıcı sənaye müəssisəsinin, elm və ali təhsil ocaqlarının nümayəndələrinin, eləcə də xarici ölkə mütəxəssislərin iştirakı ilə keçirilən forum "Heydər Əliyev və Azərbaycan sənayesi" adlı videoçarxın nümayişi ilə başlayıb. Milli sənayemiz üçün kadr hazırlıyan yeganə təhsil ocağı olan Azərbaycan Texnalogiya Universtetində Universitet-sənaye əlaqələrinin ən effektiv modeli seçilib. Bu da həm sənaye müəssisələrinin işinin səmərəliliyini artırmağa, həm də ali təhsil müəssisəsində kadr hazılığının keyfiyyətini yüksəltməyə xidmət edir.
Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının idarə heyyətinin sədri: Ölkədə həm daxili həm də xarici investisiyalar yatırılır. Texnalogiyaların, elmin son nailiyyətləri olan son avadanlıqları Azərbaycana gətirilir. Təbii ki, bu texnalogiyaların, bu avadanlıqların idarə olunması üçün, rəqabət qabiliyyətli məhsulun istehsal olunması üçün yüksək savadlı kadrlara ehtiyac var. Bu keçirilən forum da çox əhəmiyyətlidir.
Ölkədə sənayenin texnalogiyalar əsasınsda və elmi əsaslarla inkişaf etdirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yeni sənaye sahələrinin yaradılması, neft-kimya sənayesinin modernləşdirilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.
Akif Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru:Hazırlanan kadrların formalaşmasın da Universtetlə bərabər sənaye müəsisələri də iştirak etsin. Tələbələrimiz, magistrlərimizin yüksək səviyyə mütəxəsis olması üçün onların istehsalat, tədris təcrübələri bilavastə sənaye müəsisələrində keçirilsin. Bunun effektini biz artıq aydın görürük.
Forumda xarici ölkə mütəxəsisləri də mövzu ətrafında çıxışlar edib, fikir mübadiləsi aparılıb.
Hakan Akgül Yalın Enstidü İdarə heyətinin üzvü: İkinci dəfə keçirilən bu forum Azərbaycan Sənayesi üçün çox qiymətlidir. Çünki Azərbaycanda yeni bir Sanəyə dövrü başlayıb. Bundan irəli gələrək bu sahədinin düzgün planlaşdırılması çox önəmlidir. Hələ bu işlərin başlanğıcındasız. Bu günə kimi əldə edilən nəticəni daha da yüksəltmək niyyətindəyik
Forumda Azərbaycan Texnologiya Universiteti ilə Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumları imzalanıb.
Elnur Vahidoğlu
- Baxış: 2483