Aprelin 30-dan başlanılan müsabiqədə Gəncə ilə yanaşı ətraf 14 şəhər və rayonun 53 orta məktəbinin şagirdləri iştirak edib. İki yaş katoqoriyasında keçirilən müsabiqəsədə indiyə kimi 103 əl işi nümayiş edilib. Təhsil Nazirliyi və Bakı şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə təşkil edilən müsabiqə həmçinin Respublikanın 6 zonasında baş tutub. Kağız və kətan üzərində nümayiş olunan əl işlərinin qaliblərinə fəxri fərmanlar təqdim edilib.
Fatma Həmzəyeva - rəssam: Birinci yeri tutduğum üçün çox sevincliyəm. Burada Xarıbülbül əsərimlə Azərbaycanın bütün gözəlliklərini, təbiətini və onun maddi mənəvi sərvətlərinin tərənnüm etməyi özümə borc bildim.
İntiqam Babayev - Bakı şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin metodisti: Sərgidə əsas məqsədimiz Cumhuriyyətlə bağlı uşaqların yaradıcılı potensialını üzə çıxarmaqdı. Uşaqlarda həmin dövrlə bağlı məlumatını bilməkdi.
Elnur Vahidoğlu
- Baxış: 1930