Bakının Səbail rayonunda qanlı olay baş verib.Taksi sürücüsü işləyən Aqil Quliyevin avtomobilinə 3 nəfər naməlum şəxs müştəri qismində əyləşib. Dedikləri ünvana çatanda isə gediş haqqını ödəmək əvəzinə taksi sürücüsündən pul tələb ediblər. Quliyev müqavimət göstərdikdə isə həmin şəxslər onun bud nahiyəsinə bıçaqla xəsarət yetirərək aradan çıxıblar. Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükə olmadığı bildirilib. Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. Bakı Beynalxalq Avtovağzalının yaxınlığında 28 yaşlı Təbriz Yusifov tanımadığı şəxslər tərəfindən döyülüb. Xəsarət alan yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Ona tibbi yardım göstərilib. Yusifov polisə verdiyi izahatında bildirib ki, tanımadığı şəxslər ondan ünvan soruşub, sonra isə mübahisə edərək onu döyüblər. Lənkəranda da döyülmə faktı qeydə alınıb. 39 yaşlı Mübariz Abdullayev tanıdığı şəxs tərəfindən dəmir parçası ilə döyülüb. O, baş nahiyəsinin kəsilmiş xəsarəti ilə Lənkəran Rayon Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. M. Abdullayev oradan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktlarla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 2057