• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 02.05.2018 11:01

Toyota RAV4 2019: yeni tam ötürücü sistem və 8 pilləli “avtomat”

Toyota şirkəti Nyu-Yorkda RAV4 krossoverini nümayiş elətdirib. Avtomobil ötənilki FT-AC konseptinin stilində ortaya çıxıb. O, tamamilə yeni kuzov dizaynı və eksteryer, 8 pilləli avtomatik sürət qutusu və yeni platforma qazanıb. RAV4-ün əsasını son “Kəmri”də tətbiq olunan arxitektura təşkil edir. Şirkətdən bildiriblər ki, bu konstruksiya öncəki krossoverdən 57 faiz sərtdir. Bunlardan savayı yeni RAV4, TNGA platformasında olan ilk tam ötürücülü sistemə malik maşındır. O, həm də şirkətin fırlanma anını dinamik paylayan sistemli ilk avtomobildir. Tam ötürücüyə gərək duymayanda xüsusi dişli muftalar ön və arxa oxlarda kardan valın fırlanmasını dayandırır və dartma gücünü tamamilə geri çevirir. Baza versiya fırlanma anını paylayan sistemdən məhrumdur, hibrid isə arxa təkərləri elektromotorla hərəkət etdirən özünəməxsus transmissiya əldə edib. 4,6 metr uzunluğu, 1,8 metr eni, 1,7 metr hündürlüyü olan maşının təkər bazası 2,7 metrdir. Bu da o deməkdir ki, avtomobil əvvəlkindən qısa və enlidir. Yeni RAV4 2,5 litrlik motorla təklif olunur. At gücü isə 180-ə bərabərdir. Bu motor 8 pilləli avtomatik sürət qutusu, həmçinin hibrid güc sistemilə işləyir. Buraya 2,5 litrlik elektromotor və variator daxildir. İlin sonunda krossover satılmağa başlayacaq. Hibrid variantlısı isə 2019-cu ildə meydana gələcək.