Naftalanda azyaşlı bədbəxt hadisə nəticəsində yaralanıb. Qaşaltı kəndində 9 yaşlı Məhəmməd İsgəndərli həyətlərində üzüm tənəyinə çıxıb. Ehtiyatsızlıq edən uşaq oradan yıxılıb. Dalağı partlayan azyaşlı daxili qanaxma diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Vəziyyəti orta-ağır qiymətləndirilir.
- Baxış: 633