• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 28.04.2018 12:25

Vergi işçiləri tələbələrlə görüşüb

KepezTV Player

12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Gəncə Dövlət Universtetinin tələbələri ilə görüş keçirib. Universtetin iqtisadiyyat fakultəsinin tələbələri vergi mədəniyyətinin təkminləşdirilməsi istiqamətində maarifləndirilib. Ölkədə vergi sistemində edilən dəyişliklər haqqında danışıb. Son illər vergi ödəyiciləri ilə yerlərdə keçirilən görüşlərin əhəmiyyətinə toxunulub. Tətbiq olunan azadolma və güzəştlər, eləcə də səyyar vergi yoxlamalarının və opreativ vergi nəzarətinin keçirilməsi barədə  ətraflı məlumat verilib.

Rauf Mirzəyev 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: Bu cür görüşlərin faydası böyükdür. Çünki ən azından vergi mədəniyyətinin artırılması və mariflərindilməsi istiqamətində əlavə məlumat veirilir. Biz mütəmadi olaraq belə görülər keçiririk. Gələcəkdə də biz Azərbaycan Dövlət Aqrar Universtetində eləcədə Samux və Daşkəsən rayonlarında Naftalan şəhərində bu kimi görüşlərin keçirilməsi planlaşdırılır.

Natiq Hüseyn