Goranboy rayon sakininin qazdan zəhərlənməsi baş verib. Rayonun Xanqərvənd kənd sakini 29 yaşlı Aytən Salmanova məişət qazından zəhərlənməsi əlaməti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti normal olduğundan ambulator müalicəyə buraxılıb. Aytən Salmanovanın mətbəxdə təbii qazdan istifadə edərkən zəhərləndiyi bildirilir.
Elnur Vahidoğlu
- Baxış: 622