• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 27.04.2018 15:07

Sahibkarlığın güzəştli kreditlərlə təminatı Göygöldə müzakirə edilib

KepezTV Player

Sahibkarlığa Kömək Milli Fondunun təşkil etdiyi işgüzar forumda sahibkarlarla təklifləri də dinlənilib.

Rayonun iqtisadi potensialından yararlanaraq sahibkarların görə biləcəyi işlər forumda müzakirə edilib. Bal emalı və qablaşdırılması, süd emalı müəssisələrinin, cins heyvandarlıq komplekslərinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması qərb bölgəsinin sahibkarların səsləndirdiyi təkliflər sırasında yer alıb. Təqdim olunan investisiya layihələrindən məqbul olanlarına müvəkkil kredit təşkilatları tərəfindən 7,3 milyon manat güzəştli kredit verilib. Vəsaitdən 35 sahibkar faydalanacaq.

Aydın Cəfərov - təsərrüfat sahibi: “Mən həm heyvandarlıqla, həm də əkinçiliklə məşğulam. Bu il 560 hektar taxıl əkmişəm. Toxumçuluqla da məşğul oluram. Bizim 370 baş xırdabuynuzlu, 78 baş iribuynuzlu mal-qaramız var. Bunların hamısını SKMF-nun dəstəyi ilə götürdüyüm kreditlərlə etmişəm”.

Verilən kreditlər aqroparkın yaradılması, un məmulatlarının, tikinti materiallarının istehsalı, üzümçülük, tərəvəzçilik, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Hədəf həm də 200-dən çox yeni iş yerinin açılmasıdır.

Arif Vəliməmmədov - SKMF-nin icraçı direktorunun müavini: “Region üçün böyük əhəmiyyət kəsb edən tikinti materialları istehsalı zavodunda illik 3 milyon kvadrat metr olan seramik piltələr, kafel və metlaklar istehsal olunacaq. Bu layihənin həyata keçirilməsi il ərzində ən azı 20 milyon manatlıq məhsulun respublikaya idxalının qarşısını alacaq. Bu müəssisənin yaradılması yerli istehsalın artırılaraq, yerli tələbatın ödənilməsinə şərait yaradacaq. Bu məhsulların həm də MDB, həm də digər ölkələrə ixracı nəzərdə tutulub”.

2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 364,5 milyon manat olan 269 investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

 

Gülnar Fazilqızı