Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			27.04.2018 13:32		
		10 evdən oğurluq edən şəxs yaxalandı
KepezTV Player
					  
					  					  				Ağsu rayonunda mənzillərdən silsilə oğurluq edən şəxs tutulub. Ağsu şəhərinin və Pirhəsənli kəndinin sakinləri naməlum şəxs tərəfindən onlara məxsus mənzillərdən məişət və geyim əşyalarının, mis qabların, qiymətli əşyaların oğurlanması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 10 evdən oğurluq edən şəxsin Ağsu sakini, 41 yaşlı Ələsgər Əsgərov olduğu müəyyən edilib. Əvvəllər narkotik alverinə görə məhkum olunmuş Əsgərov tutularaq istintaq bölməsinə təhvil verilib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
- Baxış: 2443

