• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 26.04.2018 13:47

Sərnişin iki sürücünü döyüb xəstəxanalıq etdi

KepezTV Player

Lənkəranda dava olub. Hadisə şəhərin mərkəzində yerləşən böyük bazar ərazisində, çayxanada qeydə alınıb. Tükəvilə-Böyük bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü Veravul kənd sakini, 60 yaşlı Azər Musayev və onun iş yoldaşı digər marşrutun sürücüsü, 48 yaşlı İslam Hüseynovla sərnişin arasında məlum olmayan səbəbdən mübahisə düşüb. Daha sonra mübahisə davaya çevrilib. Nəticədə Azər Musayev və İslam Hüseynov sərnişin tərəfindən döyülüb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Davanın hansı səbəbdən baş verməsi isə polisin araşdırmasından sonra məlum olacaq.