Dövlət Baytarliq Nəzarəti Xidməti tərəfindən təqdiq olunan “Epizootiya əlehinə proflaktika və diaqnoztik tədbirlər” planına uyğun olaraq Göygöldə iri və xırda buynuzlu heyvanlar arasında peyvəndləmə işlərinə start verilib. Bu məqsədlə 22 min baş iri və167 min baş xırda buynuzlu heyvan peyvəndləməyə cəlb olunub. Baytar həkimlər mal-qara arasında nodulyar demotit xəstəliynə qarşı, xırda buynulzu heyvanalar arasında isə çiçək və dabaq xəstəliyən qarşı iş aparırlar. Bununla yanaşı törədici qoçlardan brusselyoz və epidermit xəstəliyinin diaqnostikası məqsədilə qan nümunələri götürüb, müayinə olunması üçün Göygöl Zona Baytarliq Laboratoriyasına göndərilib. Aparılan tədbirlər nəticəsi olaraq Göygöl rayonu ərazisində epizootoloji sabitilik qaronun saxlanılıb, heyvanlar, eləcə də quşlar arasında yolxucu xəstəliklər baş verməyib.
Oqtay Həmidov - Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi: 2018-ci ilin 1-ci rübü ərzində Göygöl rayon Baytarlıq İdarəsi tərəfindən 22900 baş iribuynuzlu heyvanda, 17944 baş xırda buynuzlu heyvanda, 1806 baş təkqırnaqlı heyvanda qarayara xəstəliyinə qarşı, 22300 baş heyvanda dabaq xəstəliyən qarşı, 3650 baş itlər arasında quduzluq xəstəliyən qarşı, 19861 ev quşunda nyukasıl xəstəliyinə qarşı proflaktik tədbirlər aparılıbdır.
Xaliq Qurbanlı
- Baxış: 1256