![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/lamborghini_15.jpg?itok=RvD_b96g)
Novitec atelyesi Lamborghini Aventador S üçün tüninq proqramı işləyib ortaya çıxarıb. Şirkət superkarın at gücünü artırıb, xarici görünüşünü aqressivləşdirib, asmasında və eqzoz sistemində dəyişiklik edib. 12 silindrli 6,5 litrlik atmosfer mühərriki isə saxlamaq qərarına gəliblər. Aqreqat 740-dan 763-ə qədər at gücünə malikdir. Yerindən ilk “yüzü” bu cür avtomobil 2,8 saniyəyə yığır. Bu isə standart Aventadordan 0,1 saniyə tezdir. Maksimal sürət 350 km/saatdır. Novitec tünerləri kuzov üçün əlavə elementlər də hazırlayıblar. Onlar aerodinamik borularda sınaqdan keçirilib. Detallar kuzovun rəngi ya da digər rəng çalarları ilə boyana bilərlər. Müştəri istəsə hətta kuzovda “təmiz” karbon rəngi də görə bilər. Yeni Aventador üçün hündürlüyə görə tənzimlənən asma, Vossen diskləri, inkoneldən ya da poladdan eqzoz sistemi təklif olunur.
- Baxış: 680