• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 24.04.2018 15:29

Samux rayonunun baytarları təsərrüfatlarda olaraq mal-qaranı peyvənd edirlər

KepezTV Player

Samux rayonunun baytarları da proflaktik tədbirlərə başlayıb. 6 baytar sahə məntəqəsinin həkimləri vaxtaşırı təsərrüfatlarda olaraq mal-qaranı peyvənd edirlər. Hazırda rayonda 24 min 200 baş iri, 155 min baş xırda buynuzlu heyvan bəslənilir. 157 min quş saxlanılır. Baytarlar göz damcı üsulu ilə xırda davarlar arasında bruselyoz əlehinə peyvəndləmə aparır.