Top Gear şousunun daimi iştirakçısı Stiq traktoru saatda 140,44 kilometr sürətləndirdiyinə görə Ginnesin rekordlar kitabına düşüb. Brantinqtorp poliqonunda baş tutan sınaqda Sniq ilk cəhddə 147,93 km/saat, ikincidə 132,97 km/saat sürət yığmağa nail olub. Ortalama göstərici kimi isə 140,44 km/saat götürülüb və bu rəqəm yenilənmiş traktor üçün ən yüksək göstərici kimi qeydə alınıb. Rekord qırmaq üçün Top Gear komandası traktora Chevrolet-dən 5,7 litrlik 507 at güclü V8 motor, tənzimlənən asma və bütün təkərlərdə tormozlar quraşdırıblar. Əvvəlki rekord isə finlandiyalı Yuha Kankkunen tərəfindən qeydə alınmışdı. 4 qat dünya çempionu 7,7 tonluq 250 at güclü Valtra T234 traktoru ilə maksimum 130,165 km/saat sürət yığa bilmişdi.
- Baxış: 457