Göygöldə əhalinin tibbi müayinəsi çərçivəsində 31 min 111 nəfərin sağlamlıq vəziyyəti yoxlanılıb. Onlardan 8355 nəfəri ambulator, 297 nəfəri stasionar müalicəyə cəlb edilib, 57 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha 36 nəfər Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. Dispanserizasiya rayon mərkəzi xəstəxanasında, 2 kənd sahə xəstəxanasında və 10 həkim məntəqəsində davam edir. 4 səyyar həkim briqadası isə yerlərdə xəstəxanaya gəlmək imkanı olmayan ahıl və xəstə insanlara xidmət göstərir. Artıq 38 yaşayış məntəqəsində müayinələr başa çatıb. Ümumilikdə aksiya çərçivəsində 47063 Göygöl sakininin həkim yoxlamasından keçirilməsi planlaşdırılır.
Vüqar Hüseynov sakin: Hər il rayonumuzda tibbi müayinə təşkil olunur. Bizdə Göygöl rayon sakinləri olaraq həmin aksiyadan istifadə edib həkim qəbuluna düşürük. Çox şükürlər olsun ki səhhətimizdə ciddi problemlər yoxdur. Həkimlərin müəyən məsləhətləri olub. Həmin məsləhətlərdən istifadə edib sağlamlığımızı qorumağa çalışacağıq.
Eldar Muradov Göygöl RMX-nın baş həkiminin müavini: Sevindirici hal odur ki ötən illə müqayisədə bu il əhali arasında kəskin infeksion xəstəliklərin sayı azalıb. Ümumilikdə ürək damar sisteminin patalogiyası və ağ ciyər xəstəliklərinin patalagiyası üzrə artım tendensiyasında azalma müşahidə olunur.
Natiq Hüseyn
- Baxış: 1036