Saatlı rayonunda suda boğulma hadisəsi baş verib. 57 yaşlı İlham Abdullayev Babək küçəsinin yaxınlığından keçən su kanalına düşərək boğulub.Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Dünən balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 29 yaşlı Şəhriyar Həmidzadə geri qayıtmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Samuxda isə kişinin ehtiyatsızlığı başına bəla açıb. Sərkar kənd sakini 53 yaşlı Azad Həsənov elektrik mişarı ilə həyətdə iş görən zaman ayağını kəsib. O, Gəncə şəhər TTYX-na yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
- Baxış: 990