KepezTV Player
Aprelin 3-də DİN-in “102 Zəng Mərkəzinə” Beyləqan şəhərində Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin evində tapılması barədə məlumat daxil olub. Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. Cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Onun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu da qətlə yetirdiyi, sonra isə torpağa basdırdığı müəyyən edilib.
- Baxış: 1482