106 saylı Tovuz – Ağstafa – Qazax seçki dairəsində saat 8:00-da seçki qutuları möhürlənib və səsverməyə start verilib. Dairəyə daxil olan məntəqələrdə ilk dəqiqələrdən seçici fəallığı müşahidə olunub. 106 saylı seçki dairəsi 3 rayon üzrə 37 məntəqəni özündə birləşdirir və ümumilikdə 47255 seçicisi var. Onlardan 148 nəfəri ilk dəfədir ümumxalq səsverməsində iştirak edir. Dairədə yaşı 100-dən yuxarı olan 7 nəfər seçici qeydiyyatdadır.
107 saylı Qazax seçki dairəsinə 36 məntəqə daxildir. Burada 43539 nəfər seçici qeydiyyatdadır. Hər bir məntəqədə seçkilərin şəffaf keçirilməsi və seçicilərin rahat səs verməsi üçün şərait yaradılıb. Rayonun 100 yaşlı seçicisi də öz namizədinə səs verib.
108 saylı Ağstafa seçki dairəsinə isə 38 məntəqə aiddir. Dairə üzrə seçicilərin sayı 42445 nəfərdir. Bütün məntəqələrdə aktivlik müşahidə olunub. Seçicilər səhər saatlarından başlayaraq seçdikləri namizədə səs verirlər. Müşahidəçilər səsvermə prosesində hər hansı qayda pozuntusu aşkarlanmadığını qeyd ediblər.
Daşkəsəndə prezident seçkiləri 2 dairənin nəznində yaradılan 44 məntəqədə keçirilib. Bu məntəqələrdə 14018 seçicinin səs verməsi üçün şərait yaradılıb. Bu saata qədər seçkilər tam şəffaf və qanuna müvafiq şəkildə davam edib.
41 min 830 seçicinin qeydə alındığı 103 saylı Gədəbəy dairə seçki komisiyasında prezident seçkiləri 43 məntəqədə keçirilir. Onların 6-da veb-kameralar quraşdırılıb. Seçkilərin gedişatını izləmək üçün 239 müşahidəçi qeydiyyatdan keçib.
104 saylı Gədəbəy-Tovuz seçki dairəsinə isə 62 məntəqə aiddir. Burada 44 min 773 səsvermə hüquqlu vətəndaşın qeydə alınıb. Onlardan 15-i 100 yaşdan, 2101 nəfəri isə 80 yaşdan yuxarıdır. Dairədə 105 müşahidəçi qeydə alınıb.
- Baxış: 503