• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 10.04.2018 16:52

Gəncədə yeni salınan qəsəbələrdə elektrik təsərrüfatı qurulur

KepezTV Player

Gəncədə əhalinin artan sayı nəticəsində salınan yeni qəsəbələr Azərişıq Açıq Səhimdar Cəmiyyəti tərəfindən10 ədəd transvormator, elektrik dayaqları, sip kabellər və sayğaclarla təmin edib. Şəhərin Kəpəz rayon ərazisini əhatə edən proses evlərin fasizləsiz elektrik enerjisi ilə təmin etməyə imkan yaradıb.

İlqar İsmayılov sakin: Qəsəbəmiz yeni qurulub. Bu günə qədər elektrik enerjisi sarıdan problemlərimiz var idi. Azərişıq Açıq Səhimdar Cəmiyyətinə müraciət olunandan sonra işıqlarımızın çəkilməsinə start verilib.

Məlahət Məmmədova sakin:Yeni salınan qəsəbədə yaşayıram, yaşadığımız müddətdə işıq və su sarıdan əziyyət çəkdirdik. İndi yaşadığımız əraziyə təzə transvormator , onunla bərabər yeni elektrik xətttləri çəkilir.

Ümuməm şəhərdə əhalinin enerji təchizatını yaxşılaşdırmaq məqəsədilə 60 yeni transvormator məntəqsi qurulub, 34 km sip kabel çəkilib, 0.4 klovatlıq şəbəkələr qurulub, 72 km 16 klovatlıq hava xətti yerlatı kabel xəttlərlə əvəz edilib.

Pərviz Rüstəmov Azərişıq ASC-nin Gəncə Paylayıcı Elektrik Şəbəkəsinin aparıcı mühəndisi:Halhazırda gətirilən transvormatorlar təxminən 5 minə yaxın əhalini elektrik enerjisi ilə təchiz edəcəkdir. Paralel olaraq mənzillərə smartsayğacların quraşdırılmasıda aparılır. Bu işlərin Cavadxan, Məhsəti,Sadıllı, Natavan qəsəbəsində, eləcədə bütün şəhər ərazisində aparılır. Görülən işlərin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda Gəncədə  elektrik enejisindən  istifadə edən abonentlərin sayı 91 min 500-dür və onlardan da 5 mini qeyri əhali qrupuna daxildir.