• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 10.04.2018 13:46

Narkotik alqı-satqısında şübhəli bilinənlər yaxalandı

KepezTV Player

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 2 büküm narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı Elvin Heydərova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Hüseynovdan alıb. Saxlanılan zaman İntiqam Hüseynovun üzərindən 1.53 qram, yaşadığı evdən isə 2 kiloqram 48 qram hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan tiryək və 1,112 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.