Gəncə şəhərində iki avtomobil toqquşub. Hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində baş verib. Dönmə əməliyyatı edən “Mersedes Sprinter” markalı avtomobil qarşı tərəfdən gələn “Hyundai Tucson”la toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan Samux rayon Sərkar kənd sakini 52 yaşlı Musa Ömürov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona döş qəfəsinin əzniyi diaqnozu qoyulub və tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 881