Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. Yeni avtovağzalın yaxınlığında Yevlax rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 18 yaşlı Rəhman Əlizadə işlədiyi yerdən çıxıb yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobillə vurulub. O dərhal xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərilib. Vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 605