• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 06.04.2018 22:26

Gəncə sakini döyülüb

KepezTV Player

Gəncədə döyülmə faktı qeydə alınıb. Şəhər sakini 24 yaşlı Elvin Rəsulov xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Müayinə zamanı onun üst dodağında və üz nahiyyəsində əzilmiş yaralar aşkar olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Məlumata görə, Elvin Rəsulov dava-dalaş zamanı tanıdığı şəxlər tərəfindən şəhərin Yeni Gəncə qəsəbəsində döyülüb.Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu