816 at güclü modifikasiyaya sahib Cadillac Escalade ofroudunu ən sürətli və güclü Jeep – Grand Cherokee Trackhawk ilə yarışdırıblar. Sonuncu 717 at güclü V8 motorla təchiz olunub. Çəkiliş Hennessey Performance atelyesi tərəfindən həyata keçirilib. Bu cür “Eskaleyd”i də həmin atelye hazırlayıb. Yolsuzluq avtomobili compressor, yeni porşenlər, fərqli eqzoz sistemi və klapanlar əldə edib. Yerindən 96 km/saat sürəti maşın 3,7 saniyəyə yığır. Jeep Grand Cherokee Trackhawk isə həmin sürəti 3,5 saniyəyə yerinə yetirir.
- Baxış: 730