• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 05.04.2018 16:37

Qərb bölgəsinin tikinti bazarında qiymətlər artıb

KepezTV Player

Muxtar Mirzəyev alıcı:Sement alıram, taxta materialı alıram. Hardasa iyirmi günlə indiyə xeyli bahalaşma olubdu. Çatdıra bilmirik. Mişar daşını 60 qəpiyə qaldırıblar. Sementin bir dənəsində 30-40 qəpik artım olub. Bütün tikinti materiallarının hər birində artım var

Nəbi Əsgərov alıcı:Material almağa gəlmişəm. Dəmir materiallarında qiymətlər bir ay bundan qabaq 4 manat idi, indi 4 manat 30 qəpik olubdu. Almaq mümkün deyil.

Bu gün Gəncənin tikinti bazarında inşaat materiallarında qiymətlər belədir. Necə deyərlər od tutub yanır.

Maksim Rüstəmov satıcı:Ən əsas kənardan Rusiyadan aldığımız materialların qiyməti bu həftə ərzində dəyişib. Dəmir polad vərəqələrinin hər birində 1-2 manat, sinklənmiş dəmirin hər birində 50 qəpik, rus borularının hər birində 5-10 qəpik qiymətlər yuxarı qalxıb.

Elman Əliyev satıcı:Tikiliş başlayır yavaş-yavaş da qiymətlər qalxır. Hardasa 10 faiz qiymət qalxıb.

Gəncənin tikinti bazarında ən çox qiymət artımı taxtalarda müşahidə olunur. Belə ki üç ay bundan əvvəl taxtanın bir kubu 270-280 manata təkilif olunurdusa, hazırda taxtanın bir kubu 330 manatdı.

Ekspertlər tikinti bazarında qiymətlərin qalxmasını əsasən vətəndaşların fərdi evlər tikməsi ilə əlaqələndirirlər. Ancaq başqa amillər də var.

Cavid Süleymanlı ekspert:Tikinti materiallarının bahalaşmasının bir neçə səbəbi ola bilər. Əsas səbəbi isə mövsümidi. Qış şəraitində tikinti işlərinin  aparmağı daha çətin olduğu üçün hər kəs bu işi davam etdirməyə yaz və yay aylarında gözləyir həyata keçirməyi. Eyni zamanda hər il infilyasiyaya uyğun olaraq məhsullarda da bahalaşma gedə bilər. Cuzi miqdarda da bunu təsiri olur.

Mövcud vəziyyət alıcılıq qabiliyətinə də mənfi təsir edib. O ki qaldı tikinti materiallarının qiymətlərin ucuzlaşmasına,bu, havalar soyuduqdan sonra mümkün olur.

Elnur Vahidoğlu