Oğuzda 27 yaşlı gənc elektrik mişarı ilə qaynatasını doğrayıb. Xaçmaz kənd sakini 57 yaşlı Tərlan İmanov MRX-na aparılıb. Müayinə zamanı xəstənin döş qəfəsinin sol hissəsinin, sağ diz oynağının, sağ əlinin kəsilməsi nəticəsində kəskin qan itirdiyi, şok vəziyyətinə düşdüyü məlum olub. Vəziyyəti son dərəcə ağır qiymətləndirilən kişiyə ilkin tibbi yardım göstərildikdən sonra, Şəki MRX-nin cərrahiyə şöbəsinə aparılıb. Tərlan İmanov ilə qızı Mehribanın əri, Padar kənd sakini olan 27 yaşlı Səfa Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Əsəblərinə hakim kəsilə bilməyən kürəkən qaynatasını yarımcan edib və hadisə yerindən qaçıb.
Sumqayıt şəhəri 21-ci məhəllədə bıçaqlanma hadisəsi qeydə alınıb. 20 yaşlı Süleyman Abdullayev ürəyindən, eləcə də bədəninin digər nahiyələrindən aldığı xəsarətlərlə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Polisin araşdırmaları ilə Süleymanı qaynının əmisi oğlu, 43 yaşlı Aqil Abdullayevin namus üstündə bıçaqladığı məlum olub. Aqil Süleyman Abdullayevin yaxınları tərəfindən döyülüb. O da ağır xəsarətlərlə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Bakının Səbail rayonu ərazisində də qanlı hadisə olub. 45 yaşlı Rizvan Tanrıverdiyev Bayıl qəsəbəsində yerləşən bazarda tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
- Baxış: 1064