• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 31.03.2018 15:55

Alimlər Gəncədə azərbaycanlıların soyqırımını araşdıracaq

KepezTV Player

Alimlərin borcu tarixi faktları, min illər boyu toplanan tarixi materialları yenidən işləmək, xarici dillərə tərcümə edərək təbliğinə nail olmaqdır. Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının yerli bölməsində şəhər ziyalılarının toplantısında 100 il bundan öncə, eləcə də ötən əsrin sonlarında baş verən soyqırımların dünya ictimaiyyətinə çatıdırlmasının önəminə toxunulub. Mənfurların “Böyük Ermənistan” haqqında xülyalarının yalnız tarixi faktlara əsaslanan sənədlərlə, alimlərin ciddi səyi nəticəsində elə xülya olaraq qalacağına əminlik ifadə edilib. Dəyirmi masada təqdim edilən nəşrdə Türkmənçay və Gülüstan müqavilələrindən bu yana 2 milyon yarımdan artıq azərbaycanlının öldürüldüyünə, torpaqlarımızın hissə-hissə işğalına yer ayrılıb.

Fuad Əliyev – AMEA-nın Gəncə bölməsinin sədri: - “Bu gün Respublikamızın hər yerində olduğu kimi AMEA-nın Gəncə bölməsində də Elmi Tədqiqat Universitetlərinin iştirakı ilə “31 Mart Soyqırım Günü” qeyd olundu. Bu Azərbaycan xalqının ən ağır, ən yaddaqalan tarixi faktlarıdır. Təşkil olunan tədbirdə alimlər müxtəlif mövzularda nitq söylədi. Sözsüz ki, bu çıxışlar qısaca idi. Biz burada qərara aldıq ki, daha böyük monoqrafiyalar çap olunsun.