• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 30.03.2018 14:32

Samuxda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-praktik konfrans keçirilib

KepezTV Player

1918-20-ci illərdə təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilb. Ermənilərin həyata keçirdiyi soyqırım və düşünülmüş qanlı aksiyaları nəticəsində azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə insan doğma yurdundan qovulub. Samuxda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən elmi-praktik konfransda ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətindən ətraflı danışıb. 100 il bundan öncə Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda da genişmiqyaslı qətliyamların törədildiyinə diqqət çəkilib. Bu qanlı hadisəyə yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində hüquqi-siyasi qiymət verilib.

 

Natiq Hüseyn